Səfir Türkiyənin Xocalı soyqırımını tanımamasına aydınlıq gətirib
"Türkiyə Xocalı soyqırımının dünyada tanıdılması üçün hər cür fəadakarlığı göstərəcəkdir". SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycancandakı səfiri İsmayıl Alpər Coşqun TBMM-də Xocalı soyqırımının tanınması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə , Türkiyə Xocalı soyqırımının dünyada tanıdılması üçün sadəcə dövlət olaraq deyil, eyni zamanda qeyri-hökumət təşkilatları vasitəsilə işlər aparır: "Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyada tanınması üçün bütün imkanlarımızdan istifadə edirik. Soyqırımın tanınması fərqli mövzudur. Türkiyə Cümhuriyyəti olaraq soyqırımı ilə bağlı haqsız iddialar və təzyiqlərə məruz qaldığımızdan Azərbaycanın yaxşı anlayırıq. Bu vəhşiliyi bizdə bilirik və qəbul edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB