PA rəsmisi: "Emrənistanın hər hansı formada dəstəklənməsinə etiraz edirik"
"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etməyənədək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək işğalçı rejimə verilən istənilən dəstəyi pisləyirik. Ermənistanla təmas qurmağa istiqamətlənən istənilən tədbirə Azərbaycanda pis yanaşılır". SİA –nın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə Prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sarkisyanı təbrik etməsinə münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı bu məsələyə çox həssaslıqla yanaşır: "Bütün səviyyələrdə, istər parlamentlər səviyyəsində, istər ictimaiyyət, istər mətbuat, istərsə də QHT-lər səviyyəsində, Ermənistanla təmaslara, Emrənistanın işğalçı rejiminin hər hansı formada dəstəklənməsinə etiraz edirik. Bu, tək Azərbaycan hakimiyyətinin mövqeyi deyil, bütövlükdə Azərbaycan xalqının, o cümlədən Türkiyə ictimaiyyətinin tələbidir. Bilirsiniz ki, sərhədlərin açılması ərəfəsində həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərinə ciddi şəkildə təzyiqlər göstərdilər, işğalçı rejim işğala son qoymayana qədər, Azərbaycanın işğal altında olan torpaqlarını tam azad etməyənə qədər onunla sərhədlərin açılmasının, bu rejimə hər hansı formada dəstək verilməsinin, o cümlədən beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasının yolverilməzliyini birmənalı şəkildə bəyan etdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB