Əli Həsənov: “Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəməyə verilməlidir”
Xocalı soyqırımını törədənləri, Koçaryanı da, Sarkisyanı da, Qorbaçovu da beynəlxalq məhkəməyə, tribunala vermək lazımdır. SİA-nın verdiyi xəbərə görə bunu Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, Xocalı faciəsi dünya tarixində ən dəhşətli soyqırımılarından biridir: "II Dünya Müharibəsində yəhudi soyqırımını törədənlərin hamısı cəzalandırıldı. Təəssüf ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmayıb. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycanında bəzi səhvləri var. Bu soyqırımı törədənlərlə bağlı kifayət qədər materiallar hələ tam toplanmayıb. Amma bu iş davam edir. Ümid edirik ki, Azərbaycan beynəlxalq hüquq normalarından istifadə edəcək. Bu gün insan hüquqlarından danışan beynəlxalq təşkilatların heç biri bu məsələyə münasibət bildirməyib. Çünki biz azərbaycanlıyıq, çünki biz türkük".
Ə.Həsənov bildirib ki, Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün işləri görür və konkret nəticələr artıq görünməyə başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB