Bu gün Mətbuat Şurasında Bakı Dövlət universitetinin (BDU) jurnalistika fakultəsinin professoru Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MŞ-nın sədri Əflatun Amaşaov, qəzetin baş redaktorları və media nümayəndələri iştirak ediblər. Ə.Amaşov bildirib ki, Həmid Vəliyev 1939-cu ildə Gürcüstan SSR-də anadan olub. 1947-1958-cü illərdə Marneuli rayonunda Sadaxlı kənd orta məktəbində oxuyub. 1960-1966-cı illərdə ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.
Qeyd edilib ki, Həmid Vəliyevin müəllifi olduğu "Xarici ölkələrin jurnalistikası tarixi" kitabında qədim dövrdən XX əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir: "Bu kitab dünya jurnalistikasının öyərnilməsi baxımından müstəsna xidmətlərə malikdir. Hesab edirəm ki, hər bir gənc tələbə, yazıçı, alim bu kitabdan yetərincə faydalana bilər".
Bildirilib ki, dərslik universitetlərin jurnalistika fakultəsinin, filologiya fakultəsinin və humanitar fakultələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
BDU-nun jurnalistika fakultəsinin professoru Həmid Vəliyev idə qeyd edib ki, "Xarici ölkələrin jurnalistikası tarixi"ni yazmaq o qədər də asan məsələ deyil. Xarici ölkələrin mətbuat tarixi ilə bağlı çoxlu əsərlər və kitablar çap edilsə də, nə Rusiyada, nə Türkiyədə, nə də Azərbaycanda bu sahədə dərslik yoxdur. Məhz bu səbəbdən də bu ağır yükün altına girməyə özündə cəsarət tapıb. Onu da deyək ki, H.Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" kursunun proqramları əsasında yazılmış ilk dərslikdir.
Professor dərslikdə jurnalistika termininin izahını və əhəmiyyətini verib. Onun sözlərinə görə, jurnalistika bu sosial institutun normal fəaliyyət göstərməsi üçün zəruri olan fəaliyyət növlərinin sistemidir, öz fəaliyyətinin bütün sahələrini təmin etmək üçün peşələrin məcmusudur. Eyni zamanda jurnalistika, əsərlər sistemidir. Bunun hazırlanması üçün özünəməxsus biliyə, vərdişlərə, qabiliyyətə malik müxtəlif peşə sahibləri tələb edilir.
H.Vəliyev kitabda mətbuatın yaranması və inkişafı məsələsinə də toxunub: "17-ci əsrdə ölkənin hər yerində dövri mətbuat yaranmışdı. İlk mətbuat orqanları da məhz bu ağır əsrdə meydana çıxdı. Marqot Lindemannın məlumatına görə, 17-ci əsrdə Almaniyada artıq 135 qəzet çıxırdı. 15-16-cı əsrlərdə informasiyanın yayılması son dərəcə böyük səmərə verən işə çevrilib. Əvvəlcə İtaliyada, sonra isə Almaniyada meydana çıxan informasiyalar "Qazeta"da öz əksini tapıb. Sadəcə olaraq, Almaniyada "Qazeta"nın adı başqa cür idi: "Novo", "Avsio", "Pagell", "Zeddel". Lakin "Zeitung" adından daha çox istifadə edilirdi.
Daha Bakı Dövlət universitetinin professoru İzzət Rüstəmov, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri kitabla bağlı xoş təəssüratlarını bölüşüblər.
Sonda isə müəllifə MŞ-nın sədri Əflatun Amaşov tərəfindən diplom və gül təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB