"Dövlətlər başçılarının bir-birilərini təbrik etməsi dövlətlərarası etik davranış forması da ola bilər. Amma bütün bunlar əsəs vermir ki, Ermənistanda hələ xalqın küçələrdə olduğu dövrdə, seçkilərin saxtalaşdırıldığı iddia edilən bir vaxtda, ATƏT-in Missiyasının seçki saxtakarlığı ilə bağlı çoxlu sayda faktların olduğunu qeyd etdiyi bir zamanda və Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşı olmadığı bir şəraitdə Türkiyə Prezidenti Abdullah Gül başqa dövlətlərin başçılarından qabağa düşərək tələsik şəkildə əli minlərlə insanın qanına batan Sarkisyanı təbrik etsin".
Bu fikirləri SİA-ya Millət vəkili Çingiz Qənizadə Türkiyə Prezidenti A. Gülün Ermənistan Prezidentini təbrik etməsinə münasibət bildirərkən deyib. Ç. Qənizadə onu da qeyd edib ki, A. Gülün Ermənistanda seçkinin nəticələrinin rəsmən elan olunmadığı bir ərəfədə bu addımı atması onda təəssüf hissi doğurdu: "Bu məsələ ətrafında mən xeyli düşündüm. 20 ildir siyasi proseslərdə olmağıma baxmayaraq, mən bu suala cavab tapa bilmədim. Bu hərəkətə ehtiyac yox idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB