Musa Quliev: “Bu məsələ ədalətli şəkildə bitənədək mübarizə davam etməlidir”

Musa Quliev: “Bu məsələ ədalətli şəkildə bitənədək mübarizə davam etməlidir”

"Ümumiyyətlə Xocalı soyqırımı tək Azərbaycanın deyil, bütün dünyanın, beynəlxalq aləmin problemidir. Bu, əslində bəşəriyyətə qarşı terror hadisəsi, qətliam olduğuna görə, dünyanı narahat edir". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.

M.Quliyevin sözlərinə görə, son illərdə Azərbaycan tərəfindən Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində lazımi təbliğat işləri aparılır: "Bu, həm Milli Məclisdə siyasətçilər tərəfindən, həm hökümət, diaspora komitəsinin, ictimai təşkilatların, həm də ayrı-ayrı ziyalıların, xaricdə yaşayan vətəndaşlarımızın xətti ilə reallaşdırılır. Dünyanın bir çox aparıcı ölkələrində Xocalı soyqırımının əsl həqiqətləri artıq hər kəsə bəllidir. "Xocalıya Ədalət" bütün dünya tərəfindən tanınana qədər bu işlər davamlı şəkildə aparılmalıdır. Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı işləri təqdirəlayiq bir hal kimi dəyərləndirmək lazımdır. Azərbaycanda artıq tanıtma mərhələsi başa çatıb. Düşünürəm ki, bundan sonra Xocalı faciəsi ilə bağlı çəkilən filmlər, yazılan əsərlər, söylənilən fikirlər və s. xarici dillərdə dərc edilməlidir. Biz çalışmalıyıq ki, soyıqırımı haqqında yazılan kitabları müxtəlif ölkələrin dillərinə tərcümə edək. Eləcə də yeni kitablar dərc edilərkən beynəlxalq ictimaiyyətin fikirləri də nəzərə alınmalıdır. Bir sözlə, bu məsələ ədalətli şəkildə bitənədək mübarizə davam etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə