"Heç bir diaspora qurumuna danışıqlar aparmağa səlahiyyət verilməyib"

"Heç bir diaspora qurumuna danışıqlar aparmağa səlahiyyət verilməyib"

"Biz belə danışıqları tanımırıq və onların belə danışıqlar aparmağa hüququ yoxdur". SİA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov "AzərRos"un sabiq prezidenti Söyün Sadıxovun Moskvada azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün keçirilməsi təşəbbüsünü belə dəyərləndirib.

Novruz Məmmədov bildirib ki, Azərbaycan hökuməti heç bir diaspora qurumuna danışıqlar aparmağa səlahiyyət verməyib: "Düşünürəm ki, onlar müəyyən təsir altında, yaxud da müəyyən cəlbedici, şirnikləndirici proseslər nəticəsində bu əlaqələri qurur və danışıqlar apardığını iddia edir. Lakin belə danışıqların hüquqi, siyasi və digər əsası yoxdur, ola da bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə