"Hesab edirəm ki, Türkiyə prezidenti Abdullah Gül həmkarı Serj Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik etməkdə bir qədər tələsib". Bunu SİA-ya millət vəkili Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, təbrik etmək hələ Türkiyənin xarici siyasət kursunun dəyişməsi demək deyil: "Məlumdur ki, bu proses əvvəllər də baş verib. Bunu xüsusi narazılıqla qarşılamağımız doğru olmazdı. Amma hesab edirəm ki, Gülün bu qədər tələskənliyə yol verərək həmkarını təbrik etməsi müəyyən nüansların nəzərə alınmaması deməkdir. Ümid edirik ki, bu hər hansı bir kurs dəyişikliyinə gətirib çıxarmayacaq. Düşünürəm ki, Ermənistana münasibətdə Türkiyə bir qədər Azərbaycanın maraqlarını nəzərə alaraq öz kursunu davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB