Gülsel Səfərova: "Məqsədimiz Xocalı soyqırımının dünyada tanıdılmasıdır"

Gülsel Səfərova: "Məqsədimiz Xocalı soyqırımının dünyada tanıdılmasıdır"

"Biz hər il olduğu kimi bu il də "Xocalı soyqırımı"nın 21-ci ildönümü ilə bağlı İnternet askiya keçirəcəyik". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bildirib.

AGAT sədrinin sözlərinə görə, bu aksiya bütün şəbəkələrdə baş tutacaq: "Biz adət halını almış bu aksiyanı hər il ingilis dilində təşkil edirik. Əsas məqsədimiz odur ki, Xocalı soyqırımı dünyada tanıdılsın və bunun beynəlxalq cinayət olduğu hər kəsə məlum olsun. Bununla belə biz çalışacağıq ki, ermənilər tərəfindən Azərbaycanın 20 faiz işğal olunmuş əraziləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılsın. Biz istəyirik ki, İnternet aksiyadan başqa Bakının müxtəlif yerlərində "Park Bulvar", "28 Mall" və s. aksiyalar təşkil edək".

Bütün xəbərlər Facebook səhifəmizdə