"Ermənistanda seçkiqabağı ciddi rəqabət gözlənilsə də, seçkilərin keçirilməsinə az qalmış güclü rəqiblərin heç biri seçkilərə qatılmadı". SİA-nın verdiyi xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu Cənubi Qafqaz politoloqlarının keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, seçkilərdə saxtakarlıqlar olduqca çox idi, demək olar ki, bu seçki deyildi, seçkilərin parodiyası idi: "Ermənistanda seçkilər baş tutana qədər Serj Sarkisyan bütün rəqiblərini aradan götürdü. Hətta belə bir ehtimal vardı ki, Robert Koçaryan da yenidən prezidentliyə qayıda bilər, ancaq sonda bu belə olmadı. Çünki Sarkisyan Rusiyanın bütün şərtlərini yerinə yetirir. Koçaryan bunu başa düşərək geri çəkildi və əsas namizədlər qatılmadığından Sarkisyan daha zəif rəqiblərlə mübarizə apardı".
"Sarkisyandan müsbət heç nə gözləmək olmaz. Çünki o, öz mövqeyini növbəti 5 il müddətinə daha da gücləndirdi. Sarkisyanın prezident seçilməsi nə Dağlıq Qarabağ məsələsinə, nə də digər məsələlərdə yaxşı nəsə vəd etmir. Ermənistanda şəxsiyyətlərin dəyişməsinin heç bir nəticəsi yoxdur, vəziyyət dəyişməlidir" –deyə politoloq vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB