Ermənistandakı stiuasiya gözlənilməz hadisələrin baş verməsinə səbəb ola bilər
"Ermənistandakı prezident seçkiləri MDB məkanındakı seçkilərdən heç nəyi ilə fərqlənmədi". SİA-nın verdiyi xəbərə görə, bunu politoloq Rasim Ağayev Cənubi Qafqaz politoloqlarının keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistandakı seçkilər əvvəlki illərdə keçirilən seçkilərlə eyni idi: "Bu gün Ermənistanda vəziyyət xoşagəlməzdir. Bu stiuasiya Ermənistanda hansısa gözlənilməz hadisələrin baş verməsinə səbəb ola bilər. Sarkisyanın yenidən prezident seçilməsi təəccüblü deyildi. Çünki onun lazımi qədər hakimiyyət resursları var idi. Sarkisyan kifayət qədər varlanıb və elə onun ətrafında da varlı adamlar toplaşıb. Həmçinin onların da imkanları genişlənib. Eyni zamanda, o, Rusiyaya sədaqəti ilə bu ölkənin etimadını qazanıb".
Politoloq qeyd etdi ki, Ermənistanda kimin prezident seçilməsindən asılı olmayaraq Dağlıq Qarabağ probleminin həllinə təsiri olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB