YAP gəncləri e-mail aksiyası keçirir

YAP gəncləri e-mail aksiyası keçirir

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail aksiyası keçirir. SİA-nın verdiyi xəbərə görə, aksiyada partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak edir. İngilis dilində hazırlanmış müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndərilib. Müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırımı kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib.

Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub.

Qeyd edək ki, aksiya fevral ayının sonuna kimi davam edəcək.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə