"Əkrəm Əylislinin xalqımızı təhqir edən "Daş yuxular" romanı Azərbaycan diasporunun fəaliyyətinə heç bir təsir göstərməyəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev Ə. Əylislinin "Daş yuxular" romanından istifadə edən ermənilərin Azərbaycan diasporunun fəaliyyətinə təsiri barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu öz fəaliyyətini kənar təsir olmadan həyata keçirir: "Azərbaycan diasporu öz fəaliyyətini hər hansı bir kənar qüvvənin təsiri olmadan qurur. Diaspor fəaliyyətimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa xidmət edir. Sirr deyil ki, bütün ermənilər bu əsərin yalanlarından istifadə edəcəklər. Yəni "azərbaycanlının" yaratdığı fürsətdən istifadə etməyə çalışacaqlar. Buna baxmayaraq Əkrəm Əylislinin yazdığı "Daş yuxular" romanının diaspor fəaliyyətimizə hər hansı bir təsiri olmayacaq. Çünki bu əsər yalan üzərində qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB