Narıncı inqilabdan Karpat dağlarına…

Narıncı inqilabdan Karpat dağlarına…

2004-cü ilə Ukraynada hakimiyyəti dəyişən Maydan hadisələri yaddaşlardan silinməyib. İnqilabi simaların malik olduğu böyük xalq sevgisi təkcə ukraynalıların deyil, bütün dünyanın yeni mübarizələrinə və dəyişikliklərə vəsilə hesab olunurdu. Budur, üstündən 9 il keçəndən sonra Viktor Yuşenko uğursuz prezidentliyindən sonra Karpat dağlarında inşa etdirdiyi otel kompleksinin açılışı üçün bütün hazırlıqları həyat keçirməkdədir. Meydanlarda narıncı simvolun daşıyıcısı kimi Kuçma rejiminə qalib gəlsə də indi "yaşıl turizm" hərəkatında rol oynamağa çalışır. Xalqın əfsanəvi liderləri olmuş şəxslərin belə aqibəti çox acınacaqlıdır. SİA-nın xəbərinə görə, bu haqda Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.

Timoşenko böyük iqtisadi maxinasiyalar üzündən həbsə atılıb, Yuşenko isə partiyasından çıxarılma və digər siyasi qovğalardan sonra bütün mərhələlərdəki seçkilərdə məğlubuyyətə başçılıq edib.

Düzdür, keçmiş inqilabçının mətbuat katibi bəyan edir ki, bu biznes maraqlarından daha çox Karpat regionuna dərin sevginin və bölgəni inkişaf etdirmək planının tərkib hissəsidir. Lakin artıq elə indidən sadə ukraynalılar 10 qrivenlərindən keçərək hotelin ərazisinə daxil olur, gələcək iş yerlərinin şirin xəyallarını qururlar. Siyasi rəqibləri isə keçmiş özəlləşdirmənin qəsbkarlıqla aparıldığını sübuta yetirmək üçün belə faktları Yuşenkonun əleyhinə çevirirlər. Nəinki belə tikintilər, bir neçə iri korporasiyalar üzərində də himayəçiliyi həyata keçirən "Bizim Ukrayna"lı müqəddəs dəyər olmaqdan çoxdan çıxıb.

"İnqilabı fanatiklər icra edir" deyənlər heç də həmişə haqlı deyillər! İndi Karpat dağlarında ucalan istirahət məkanları Maydanın çoxmilyonlu üsyankar kütləsini təmənnasız qəbul etməyə hazır deyil. Çünki tələdəki pulsuz pendirin yalnız bir funksiyası var: siçovulları tutmaq!

Bütün xəbərlər Facebook səhifəmizdə