Prezident səfirlə nəyi müzakirə etdi?

Tacikistan Respublikasının prezidenti Emomali Raxmon Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Abbasəli Həsənovu qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı Tacikistanla Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə olunub.

Prezident Emomali Raxmon səfirə bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dinamik və sürətli inkişafı Tacikistanı sevindirir. Söhbət zamanı qardaş ölkələr arasında müxtəlif səviyyələrdə, eləcə də, ən yüksək siyasi səviyyədə imzalanmış çoxsaylı sənədlərin və sazişlərin əməli tətbiqi sahəsində işlərin gücləndirilməsi və sürətləndirməsi vurğulanıb.

Prezident Emomali Raxmon Tacikistanda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə elmi-mədəni tədbirlərin keçirilməsini dəstəkləyib.

Görüş zamanı tərəflər üçün maraq doğuran digər aktual məsələlər də müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə