Baş prokurorun yeni təyinatları

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Qubadlı rayon prokuroru vəzifəsini icra edən Qabil Əliyev vəzifəsindən azad edilib. SİA-nın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən, Qabil Əliyev Biləsuvar rayon prokuroru təyin olunub.

Baş prokuror həmçinin Biləsuvar rayon prokuroru vəzifəsini icra edən Seyfəddin Həsənovu həmin vəzifədən azad edərək Sabirabad rayon prokuroru vəzifəsinə təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə