“Ermənistanda seçici sayı yoxdur”

"Ermənistanda rəsmi göstərilən seçici sayı yoxdur. Həmçinin 700 min seçici ölkədə yoxdur. 2,5 milyon seçicidən isə 700 min seçicini çıxsaq yerdə 1,8 milyon seçici qalır. Administrativ resurlardan, yerli icra strukturlarının və kriminal-oliqarx dairələrin imkanlarından istifadə edərək hazırkı seçicilərin 58 % səsini toplamaq göstərdi ki, Ermənistanda xalq hakimiyyəti dəstəkləmir". Bu fikirləri SİA-ya açıqlamasında Ermənistanda keçirilən seçkilərə münasibət bildirən Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Fərhad Məmmədov bildirib.

O qeyd edib ki, Ermənistanda seçkilər çox sönük keçdi. Demək olar ki, S.Sarkisyanın əsas siyasi rəqibləri seçkilərdə iştirak etmədilər. Onlar nəinki seçkilərdə heç səsvermədə də iştirak etmədilər: "Məsələn, R.Koçaryan seçkidən bir müddət əvvəl ölkədən çıxıb getdi və seçkilərdə də iştirak etmədi. Bununla nümayiş etdirdilər ki, onlar siyasi meydanı Sarkisyan üçün boş buraxdılar. Sarkisyan üçün gözlənilməz o oldu ki, 6 ay bundan qabaq sorğularda heç bir səs toplamayan Raffi Ovanisyan seçkilərdə 38 % səs topladı. Artıq bir neçə təşkilat bu seçkilərlə bağlı da fikrini deyib".

SAM sədri F.Məmmədov Ermənistanın Xankəndi aeoroportundan istifadə edəcəyi ilə bağlı bəyanatlarına da münasibət bildirərək qeyd edib ki, Azərbaycan atılacaq addımlar haqqında öz fikrini bildirib: "Azərbaycan bu məsələ ilə əlaqədar bu uçuşlara cavabdeh olan beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə də göstərilir ki, bu uçuşlar Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz".

F.Məmmədov onu da bildirib ki, Azərbaycan bu addıma qarşı istifadə olunacaq bütün resurlardan istifadə etmək imkanını saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...