Ziyafət Əsgərov Çinə səfər edəcək

Ziyafət Əsgərov Çinə səfər edəcək

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti aprel ayında Çinə səfər edəcək. SİA-nın xəbərinə görə, Çinin Azərbaycandakı səfiri Xun Tsyuin belə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələr sürətlə inkişaf edir: "Səfir kimi fəaliyyət göstərdiyim dövr ərzində 6 nümayəndə heyətini qəbul etmişəm".

Səfir qeyd edib ki, Ötən il ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 120 milyon dollar olub.

Xun Tsyuin bildirb ki, Azərbaycanın Təhsil Nazirliyi ilə Çin arasında təhsil sahəsində imzalanan müqaviləyə əsasən bu il tələbə kvotası 15-dən 40-a çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə