Nazir Türkiyədə prezidentlə görüşdü

Nazir Türkiyədə prezidentlə görüşdü

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün qardaş ölkənin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir Səfər Əbiyev həm Türkiyə Respublikasının prezidentinə, həm də baş nazirinə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Səfər Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə