"Seçki saxtakarlığı problemləri qızışdıracaq"

"Seçki saxtakarlığı problemləri qızışdıracaq"

Ermənistandakı prezident seçkilərinin saxtalaşdırılması gözlənilən idi. İşğalçı dövlətdə artıq Qarabağ ermənilərini istəmirlər. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev ötən gün Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Raffi Hovanisyanın özü də vaxtilə Ermənistanın keçmiş xarici işlər naziri olub. Bundan əvvəl isə R.Hovansiyan Amerikada (ABŞ) yaşayıb, təhsil alıb: "Ermənilər hazırki klanın (Ermənistan prezidenti Serj Sarkisyan) hakimiyyətdən getməsini istəyirlər. S.Sarkisyanın prezident seçilməsi saxtakarlıq yolu ilə həyata keçirilib. Çünki burada 58 faiz səslə hər hansı bir uğur qazanmaq olmazdı. Bu insanın prezident seçilməsi Qərbin maraqlarına uyğun deyil, əksinə Rusiyanın maraqlarına uyğundur. Ermənistanda xalqın ayağa qalxması və etiraz səsini ucaltması əbəs yerə olmayacaq. Belə ki, ya Ermənistanda əvvəlki seçkilər kimi kütləvi qırğınlar olacaq, ya da S.Sarkisyanın leqitimliyi heç cürə tanınmayacaq. İşğalçı ölkə onsuzda kifayət qədər problemlər içərisində çırpınıb. Bu seçki saxtakarlığı isə həmin problemləri bir qədər də qızışdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə