Cümşüd Nuriyev: “Görün, bu adam nə qədər şərəfsizdir ki...”

Cümşüd Nuriyev: “Görün, bu adam nə qədər şərəfsizdir ki...”

Bu AXCP sədri Əli Kərimlinin xislətindən doğan bir şeydir. Ə.Kərimli xislətinə görə, daha çox bizim həm cənub, həm də bu günə kimi torpaqlarımızın iyirmi faizini işğal altında saxlayan ermənilərə bənzəyir. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev AXCP sədri Əli Kərimlinin növbəti qalmaqallı hərəkətinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, ən ciddi açıqlamalardan biri də odur ki, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı məsələ gündəmə gələrkən xahiş edib ki, bunun qarşısı alınsın: "Bununla da Ə.Kərimlinin Azərbaycanda maskası cırılmağa başlayır. Əli Kərimli 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişində birmənalı şəkildə əli olan insandır. Bununla bağlı hər cürə faktlar da vardır. Ə.Kərimli istər parlament, istərsə də prezident seçkilərində həmişə özünün xeyrinə olmayan məsələlərdə dövləti ittiham edib. Hazırda müxalifətin parçalanmasının başında da elə bilavasitə AXCP sədri özü dayanır. Ə.Kərimli dövlət və milli maraqları öz maraqlarından aşağıda tutan insandır. Bunu başqa cür təqdim etməyə belə ehtiyac yoxdur. AXCP sədri daha çox xarici ölkələrin Azərbaycandakı səfirliklərini dəstəkləyir. Elə həmin ölkələrin səfirlərinin də xarakteri Ə.Kərimlinin xarakteri ilə üst-üstə düşdüyünə görə, bunların arasında güclü məhəbbət yaranıb. Bu gün də həmin insan xarici agentlərdən aldığı tapşırıqlara, göstərişlərə əsasən Azərbaycan dövlətinin o cümlədən mənsub olduğu müxalifət düşərgəsinin əleyhinə işləyir. Görün bu adam nə qədər şərəfsizdir ki, Azərbaycan millətinin maraqlarına zərbə vuran və ermənilər tərəfindən kifayət qədər təriflənərək, göylərə qaldırılan Əkrəm Əylislini açıq şəkildə müdafiə edir. Bu insan özünün təsir dairəsində olan "Azadlıq" qəzetində Ə.Əylislinin xalqı təhqir edən əsərinə qarşı münasibət bildirən bir kimsənin məqaləsinin dərcinə belə icazə vermir. Belə bir adamdan başqa nə gözləmək olar? Bu onun xarakterindən doğur və onu dəyişmək də artıq mümkünsüzdür".

Bütün xəbərlər Facebook səhifəmizdə