Ermənistanda dünən keçirilən saxta seçkilərə qarşı xalq üsyana qalxıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, İrəvanda Mərkəzi Seçki Komissiyasının binası qarşısında gecə saatlarında prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması əleyhinə etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları etirazın müddətsiz olduğunu və tələbləri yerinə yetirilənədək meydandan getməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, seçkilərin nəticələrinə görə, hazırkı prezident Serj Sarkisyan seçicilərin 861 min 167 nəfərinin, yəni 58,64%-ninsəsini qazanıb. İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Lakin gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib. Digər namizədlər də seçkilərin saxtalaşdırıldığını iddia edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB