Millət vəkili: "Ermənistanda seçkilər sadəcə görüntüdür" MÜNASİBƏT
"Ermənistana ciddi və müstəqil dövlət kimi baxıb orada demokratik seçkilərin keçirildiyini demək düzgün olmaz. Ermənistanın özünün də etiraf etdiyi kimi, bu ölkə tədricən Rusiyanın quberniyasına çevrilir. Ermənistanda ictimai-siyasi, iqtisadi və digər sahələrdə aparılan bütün işləri Rusiya müəyyən edir. Ona görə də Rusiyanın kimi və necə istəməyindən asılı olaraq seçki görüntüsü yaradılır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bu gün Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.
Millət vəkili vurğulayıb ki, Ermənistanda seçkiqabağı müxalifətdən olan namizədə qarşı sui-qəsdin təşkil olunması və əsas müxalifət partiyalarının seçkiyə qatılmaması əslində nəticələrin qeyri-demokratik olacağına zəmin yaradırdı: "Seçkilərdə əhalinin deyil, Ermənistanı idarə edən qüvvələrin rəyinin əsas götürüləcəyi əvvəlcədən bəlli idi. Məlumatlara görə, Serj Sarkisyanın qələbəsi I turdan təmin edilib".
"Ermənistan müstəqil dövlət olmadığından orada hər hansı şəffaf seçkilərin olacağından söhbət gedə bilməz. Seçkilərin olması sadəcə bir görüntüdür. Hər şey əvvəlcədən planlaşdırılıb. Artıq qərar da qəbul olunub ki, növbəti 5 ildə də Serj Sarkisyan hakimiyyətdə olacaq",- deyə M. Quliyev fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB