Nazirlər niyyət bəyannaməsi imzaladı

Nazirlər niyyət bəyannaməsi imzaladı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasında rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün nazir Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər, sonra Türkiyə Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə naziri Səfər Əbiyevlə Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb.
Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.
Sonra general-polkovnik Səfər Əbiyevin Tütkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

Qeyd edək ki, Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətindəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.

Sonda nazir Səfər Əbiyev Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gedəcək və ulu öndərin abidəsi önünə əklil qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə