Ermənistanda xalq seçkidən narazıdır

Ermənistanda xalq seçkidən narazıdır

Ermənistan ombudsmanının ofisi bu gün keçirilən prezident seçkilərində səsvermə zamanı qanun pozuntuları ilə bağlı seçicilərdən zəngləri qəbul edir. SİA-nın news.am-a istinadən verdiyi məlumata görə, 116 qaynar xəttə hələlik 28 müraciət daxil olub.

Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, hazırda gələn zəngləri qəbul edirlər: "Daxil olan bütün məlumata saat 19:00-da yekun vuracağıq. Bir çox zənglər anonimdir və daxil olan məlumatları yoxlayırıq".

Qeyd edək ki, zənglərin əksəriyyəti seçici siyahısının düz olmaması, bəzi hallarda vətəndaşlara rüşvət təklif edilməsi və əlillər üçün müvafiq şəraitin yaradılmaması ilə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə