Serj Sarkisyanın rəhbərlik etdiyi hakim partiyanın üzvü, deputat, iş adamı Samvel Aleksanyan seçki günü maraqlı və "cəsarətli" addımı ilə öz adını seçki tarixinə yazıb. İş adamı rəhbərlik etdiyi qənd zavodunun Axuryanda yaşayan işçilərini İrəvana gətirərək Sarkisyana səs vermələri üçün iri və xırda tutumlu 10-15 avtobus ayırıb.
Ermənistanın QALA televiziyasının kameraları avtobusların zavodun həyətindən necə çıxdıqlarını qeydə alsa da onları saxlamaq və məlumat əldə etmək fürsəti olmayıb. Çünki avtobuslar çox sürətlə hərəkət ediblər. Sonra onların sərnişinlə dolu geri qayıtdıqları da görüntülənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB