Ermənistan prezidentliyinə namizəd, hazırkı prezident Serj Sarkisyan səhər saatlarında İrəvanda 9/11 saylı seçki məntəqəsində səs verib. SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, o, səsverməyə xanımı Rita Sarkisyanla birlikdə gəlib. Səsvermədən sonra Serj Sarkisyan Ermənistanın gələcəyi üçün səs verdiyi bildirib.
Qeyd edək ki, bu gün Ermənistanda 6-cı prezident seçkiləri keçirilir. Səhər saatlarından bütün Ermənistan üzrə 1988 seçki məntəqəsi açılıb. Seçkilərin baş tutması üçün səsvermə hüququ olan şəxslərin ən azı yarısı səsvermədə iştirak etməlidir. Birinci turda tam qalib elan olunması üçün namizədlərindən birinin ən azı 50%+1 səs toplamalıdır. Əgər bu səs toplanmazsa, 2 həftədən sonra seçkilərin 2-ci turu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB