Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri beynəxlalq hüquqa və prinsiplərə hörmət etməyə çağırıb. SİA-nın xəbərinə görə, Xocalı aeroportunun açılması məsələsinə münasibət bildirən Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında bildirib ki, hər kəs gərginliyin daha da geniş vüsət alacağına yönəlik hər hansı bir addımlardan çəkinməlidir: "Biz bütün tərəfləri beynəxlalq hüquqa və prinsiplərə hörtmət etməyə çağırırıq. Təbii ki, Avropa İttifaqı münaqişənin sülh şəraitində həllinə qətiyyətlidir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB