Ermənistanda dünən prezidentliyə namizədlər təbliğat kampaniyasına son qoyublar. SİA-nın verdiyi xəbərə görə, bu gündən etibarən Ermənistanda "seçki səssizliyi" başlayıb. Prezidentliyə iddialı 7 namizəd təbliğat kampaniyalarını başa vurublar.
Qeyd edək ki, Ermənistanda prezident seçkisi fevralın 18-də keçiriləcək. Qələbəyə ən çox şansı olan iddiaçı dövlət başçısı Serj Sərkisyandır. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda separatçı və işğalçı hərəkatın əsas nümayəndələrindəndir. Ermənistanın müdafiə, milli təhlükəsizlik və daxili işlər naziri, baş naziri olub. 2008-ci ildən prezident postunu tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB