Asim Mollazadə: "Məmur özbaşnalığının qarşının alınması təqdirəlayiqdir”

Asim Mollazadə: "Məmur özbaşnalığının qarşının alınması təqdirəlayiqdir”

Bəzi məmurların özbaşnalıqları Azərbaycan dövlətinə çox ciddi zərər vurur. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmur özbaşnalığını tənqid etməsi və bunun məntiqi nəticəsi olaraq bəzi rayonların icra başçılarını vəzifədən azad etməsinə dair sərəncamları şərh edərkən deyib.

Onun sözlərinə görə Ölkə başçısının məmur özbaşnalığının qarşısını almağa yönəlmiş hər bir addımı təqdirəlayiqdir: "Məmurların məsuliyyətinin artırılması və onların şəxsi maraqlara deyil, dövlət maraqlarına xidmət etməyi istiqamətində atılan hər bir addımı dəstəkləyirik" .

Bütün xəbərlər Facebook səhifəmizdə