Vüqar Rəhimzadə: “İsa Qəmbərin danışmağa mənəvi haqqı yoxdur” MÜNASİBƏT
Müsavat Partiyasının başqanı İsa Qəmbər yenə də köhnə adət-ənənəsinə sadiq qalaraq, pessimist fikirləri və xülya dolu arzuları ilə yaşayır. Hesab edirəm ki, ölkədə yetərincə islahatlar gedib və cənab prezident İlham Əliyev müvafiq qaydada həm iqtisadi həm siyasi və s. sahələrdə bu işləri davamlı olaraq həyata keçirməkdədir. Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Amerikanın Səsi"nə verdiyi müsahibəyə münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, İ.Qəmbərin bütün danışıqları cəfəngiyyatdan başqa bir şey deyil: "Bu gün Azərbaycan dünya miqyasında iqtisadi, siyasi qüdrətini daha da artırır və dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Bu da təbii ki, aparılan işlərin məntiqli nəticəsidir. Bu insanın hər bir sözü daxili qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də İsa Qəmbərlərin, Əli Kərimlilərin kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Belə olan təqdirdə hesab edirəm ki, İsa Qəmbər və onun kimi insanların danışmağa belə mənəvi haqları yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB