Fəzail Ağamalı: “Azərbaycanda sağlam düşüncəli müxalifət yoxdur”

Fəzail Ağamalı: “Azərbaycanda sağlam düşüncəli müxalifət yoxdur”

Azərbaycanda sağlam düşüncəli müxalifət yoxdur. Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Müsavat başqanı İsa Qəmbərin ölkədaxili siyasi ab-hava haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, radikal müxalifət partiyalarının verdikləri açıqlamalar cəfəngiyyatdan başqa bir şey deyil: "Ümumiyyətlə, Azərbaycanda sağlam düşüncəli müxalifət yoxdur. Onların verdikləri bəyanatlar, açıqlamalar ancaq cəfəngiyyatdır. Müxalifət yalnız öz mənafelərinə uyğun fikirlər səsləndirirlər. Azərbaycan müxalifətini özlərinin mənafeyindən başqa heç nə maraqlandırmır".

Bütün xəbərlər Facebook səhifəmizdə