Cümşüd Nuriyev: “Rüstəm İbrahimbəyov erməniləri elita hesab edirsə, getsin İrəvanda yaşasın”

Artıq ermənilər elan edib ki, filmin çəkilişi ücün 4 milyon vəsaiti toplayıblar. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, ermənilər Əkrəm Naibova müraciət edib, icazə alacaqlar ki, "Daş yuxular" əsərini erməni dilində tərcümə etsinlər: "Ermənistanda həm romanı erməni dilində çap edəcəklər, həm də ona film çəkəcəklər. Burada Rüstəm İbrahimbəyovun filmə ssenari yazmaq məsələsi varsa, bu onda ikinci bir şərəfsizlik olacaqdır. Çünki Rüstəm İbrahimbəyov Əkrəm Naibov kimi şərəfsiz bir addım atır. Bu həmin Rüstəm İbrahimbəyovdur ki, Bakıdan ermənilər gedəndə o, "Pravda" qəzetində yazmışdır ki, Bakı çuşkalaşıb, çünki ermənilər gedib Bakıda elita qalmayıb. Burada başa düşə bilmirəm ki, elita deyəndə və erməniləri elita nəzərdə tutursa elə getsin İrəvanda yaşasın. Çünki həm Rüstəm İbrahimbəyova, həm də Əkrəm Naibova Ermənistanda yaşamağa yer verərlər".

Bu məsələnin dünya tərəfindən qəbul olunmasına gəlincə C.Nuriyeb deyib ki, bu, həm də Türkiyənin əleyhinə olacaq: "O cümlədən İranın, ərəblərin əleyhinə də var ki, guya ərəblər gəlib, Azərbaycanda ancaq erməniləri qırıblar. Demək olar ki, onlar islam dünyası ilə üz-üzə gəlmək istəyirlər. Çünki bu əsərdə ermənilərə sərf edən məlumatlar var. Hamısını onlar bu şəkildə ssenariləşdirəcəklərsə bu çox dəhşətli bir şey olacaqdır. Azərbaycan bunun altından çıxmaq üçün çox iş görməli olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə