Sevinc Ələkbərzadənin “Qanun və Siyasət” jurnalında məqaləsi dərc olunub
Moldovanın "Qanun və Siyasət" jurnalında dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru, ADU-nun YUNESKO üzrə koordinatoru Sevinc Ələkbərzadənin Azərbaycan həqiqətlərinə dair məqaləsi dərc olunub. SİA-nın verdiyi xəbərə görə, məqalədə qeyd olunur ki, sülhün təbliği sözdə deyil əməli fəaliyyətə həyata keçirilməlidir.
Məqalədə müəllif qeyd edir ki, sülhün təbliği ancaq nəzəridir: "Suriya, İraq, Əfqanıstan və Azərbaycanda baş verən soyqırımlara dünya ictimaiyyətinin səsiz qalması bunu bir daha sübut edir. Azərbaycan vətəndaşı olaraq Xocalı soyqırımının dünyada təbliğ edirəm. Bütün dünyaya çatdırmalıyıq ki, bu cinayət Azərbacan xalqına qarşı deyil dünya sivilzasiyasına qarşıdır. Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Zori Balayan, Seyran Ohanyan, Serj Sarkisyan və Ermənistanın keçmiş prezidenti Robert Koçaryan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir".
Qeyd: Məqalə ingilis dilində olduğundan oxucularımıza ümumi fikirləri çatdırmağa çalışdıq. Tezliklə məqalə tərcümə olunaraq oxucularımıza təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB