Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumata verilib. Nümayəndə heyətini salamlayan Məmmədyarov Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu bildirib. Nazir, həmçinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən xarici işlər naziri regionda davamlı sülh və sabitliyin təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının vacibliyini bildirib və Minsk Qrupunun vasitəçilik səylərinin artırılmasının əhəmiyyətini qeyd edib.
Marta Dassu ölkəmizə səfərindən razılığını bildirib və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və Azərbaycanın Avropanın enerji təchizatından mühüm rolunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB