Politoloq: “ATƏT-in Minsk qrupu siyasi iradə nümayiş etdirməlidir” MÖVQE
"Suriyadan olan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın növbəti dəfə verdiyi sərsəm bəyanat fevaralın 18-də reallaşdırılması planlaşdırılan prezident seçkilərinə hesablanıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli bildirib.
Onun sözlərinə görə, bu insan yenə də öz köhnə ampulasında qalıb: "Düşünürəm ki, Suriyadan olan ermənilərin Azərbaycanın işğal altında olan DQ-ya yerləşdirilməsinin özü belə, beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Məlumdur ki, ATƏT-in Minsk qrupu hətta iki dəfə monitorinq keçirib və süni məskunlaşma siyasəti ilə bağlı faktlaşdırıcı missiya konkret nəticələr ortalığa qoyub. Hesab edirəm ki, həmin siyasətin davam etdirilməsi ATƏT-in Minsk qrupunun simasına son dərəcə ciddi zərbə vura bilər. Bunun üçün gərək, ATƏT bu məsələdə siyasi iradə nümayiş etdirsin".
E.Nəsirli həmçinin bildirib ki, S.Sarkisyanın son bəyanatında Xocalı aeroportunun işə salınması məsələsi də xüsusilə qabardılıb: "Bu da öz növbəsində beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atmaqdan başqa bir şey deyil. Son zamanlar müxtəlif beynəlxalq təşkilatlarda, dünya parlamentlərində ayrı-ayrı deputatlar bu siyasəti kəskin tənqid etməyə başlayıblar. Hesab edirəm ki, əgər bu məsələyə ciddi müqavimət göstərilməsə, sonu böyük fəlakətlərə yol aça bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB