Azərbaycan bayrağı Ümid Burnunda dalğalanacaq

Azərbaycan bayrağı Ümid Burnunda dalğalanacaq

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin səyləri nəticəsində Keyp Taunun, həmçinin CAR-ın turizm sahəsində ən mühüm yerlərindən olan Keyp Point (Cape of Good Hope) Ümid Burnu adlanan ərazidə Azərbaycan bayrağının qaldırılması təmin edilib.

Səfirlikdən SİA-ya verilən məlumata görə, gün ərzində çoxsaylı turist və yerli əhali tərəfindən ziyarət edilən sözügedən ərazinin giriş meydanında dünyanın bir çox ölkələrinin bayraqları asılmaqdadır və qeyd edilən meydanda Azərbaycan bayrağı da qaldırılıb. Hazırda ərazidə asılan bayraqlar arasında Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan bayrağı mövcuddur.

Meydanda yer az olduğundan bayraqlar hər gün dəyişdirilir, Azərbaycan bayrağı meydanda həftədə bir gün asılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə