Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın xəbərinə görə, görüş çərçivəsində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.
İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB