Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub. Məlumatı SİA-ya Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.
Siyavuş Novruzov bildirib ki, prezident İlham Əliyev Asif Məmmədovun vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının bugünlərdə məmurlara xəbərdarlıq etdiyini vurğulayan Siyavuş Novruzov xatırladıb ki, Asif Məmmədov son iki gündə vəzifəsindən çıxarılan ikinci icra başçısıdır. Fevralın 14-də prezident İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyini dəyişib.
Siyavuş Novruzov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə kimin təyin olunduğu barədə isə heç bir məlumat verməyib.
Asif Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə 2011-ci ilin aprelindən rəhbərlik edirdi. Buna qədər isə o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Asif Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB