Gürcüstan səfiri: “Yeni hökumətinin xarici siyasətinin əsas prioritetİ..." FOTO

Gürcüstan səfiri: “Yeni hökumətinin xarici siyasətinin əsas prioritetİ..." FOTO

Bu gün Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Gürcüstanın yeni hökumətinin fəaliyyətinin ilk 100 gününün yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, səfir bildirib ki, Gürcüstanın yeni hökumətinin xarici siyasətinin prioriteti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir: "Baş nazir Bidzina İvanişvilinin onun hakimiyyətə gəlişindən sonra qonşu ölkələrə səfərləri buna parlaq sübutdur. Gürcüstanın Baş naziri Bidzina İvanişvili fevralın 5-də partiyasının oktyabr seçkilərində qələbəsindən sonra hökumətin işinin ilk 100 gününə yekun vurub. Baş nazir ilk səfərlərini, Azərbaycana, Ermənistana və Türkiyəyə edib".

Səfirin sözlərinə görə, ölkənin xarici siyasətində digər mühüm istiqamət Gürcüstanın Avropaya və Avroatlantik strukturlara inteqrasiyasıdır. "Gürcüstan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının "yol xəritəsi"nin əsas prinsiplərinin təşkilatın Vilnüsdəki sammitinə qədər (28-29 noyabr 2013-cü il) reallaşdırılması üçün hər cür səy göstərəcək".

T.Şaraşenidze bildirib ki, Gürcüstanın Rusiya ilə münasibətlərinin yenilənməsi yeni hökumətin əsas hədəflərindən biridir: "Rusiya ilə ikitərəfli əlaqələr davam etdiriləcək, Rusiya bazarı artıq Gürcüstan kənd təsərrüfatı məhsulları və şərabı üçün açılır."Cenevrə danışıqları Rusiya ilə təhlükəsizlik məsələlərinin, stabillik və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları mexanizmlərinin müzakirəsi üçün əsas platforma olaraq qalır".

Səfir konfransda həmçinin Bakı-Tiflis-Qars dəmiryolu xəttinə ilk qatarın buraxılması haqqında tərəflər arasında əldə olunan razılığa da münasibət bildirib: "Hər hansı ölkənin BTQ-yə qoşulması yalnız layihənin üzvü olan üç ölkənin razılığından sonra mümkün ola bilər: "Məlumatıma görə, Qazaxıstan, Türkmənistan və Rumıniya da layihəyə maraq göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə