Gürcüstan səfiri: "Sərhəd xəttinin dörddə biri razılaşdırılmayıb"
"Sərhədlərin delimitasiyası məsələsi işçi qaydada həll olunur". SİA-nın verdiyi xəbərə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sərhəd xəttinin dörddə biri razılaşdırılmayıb: "Lakin işlər ekspertlər səviyyəsində davam edir. Gürcüstandakı hökumət dəyişikliyi səbəbilə işlər müəyyən müddətə dayanmışdı. Hazırda problem yoxdur, insanlar sərbəst şəkildə David Qareci monastırını ziyarətə gedə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB