"Səbail rayonunda qəzalı olan 3 mərtəbəli evin problemləri ilə bağlı Nazirlər Kabineti və FHN-ə etdiyi müraciətlərdən sonra müvafiq qurumlar binanın qəzalı olması və təmirinin zəruriliyi barədə sənəd veriblər. Ancaq Bakının meri Hacıbala Abutalıbov təmir üçün vəsaitinin olmadığını deyir. Xahiş edirəm bu məsələ ilə bağlı tədbir görülsün. Binada 100 nəfər yaşayır. Əgər problem həll edilməsə, ciddi fəsadlar yaşana bilər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Fuad Muradov deyib.
Millət vəkili həmçinin Xocalı hava limanının açılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, ermənilərin atəşkəsi tez-tez pozmaları və Xocalı Hava Limanını istismara verəcəkləri ilə bağlı bəyanatları "gərginliyi saxlamaq" cəhdidir: "Azərbaycan tərəfinin guya təyyarəni vuracağı barədə səslənən fikirlər növbəti erməni avantürasıdır. Biz bu təyyarəni vurmayacağıq. Qanuna uyğun olaraq təyyarəni məcburi endirəcəyik. Bu yaxınlarda Avropa ölkələrində etdikləri səfər zamanı böyük dövlətlər öz mövqelərini ifadə ediblər. Böyük dövlətlər Xocalı Hava Limanının açılmasının əleyhinədir. Onlar başa düşür ki, bu mövqe ilə ermənilər gərginliyi saxlamaq niyyətindədirlər. Belə bəyanatlar seçki ərəfəsində olan Ermənistanda daxili rəyə hesablanıb".
Daha sonra prezidentin məmur özbaşınalığı ilə bağlı çıxışına toxunan F.Muradov dövlət başçısının bu mövqeyini dəstəklədiyini bildirib. Korrupsiya faktları və sahibkarların hüquqları ilə bağlı problemlər olduğunu deyən F.Muradov bununla yanaşı vurğulayıb ki, prezident mütəmadi olaraq bu çıxışları edir. "Dövlət başçısı mütəmadi olaraq bu çıxışları edir. Bu seçki ilə bağlı olan bir çıxış deyil" - deyə deputat qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB