Milli Məclisinin bugünkü plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim edib.
Vilayət Zahirovun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri Ədliyyə Nazirliyinin hər zaman diqqət mərkəzində olub, bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilib: "2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52 min 370 bələdiyyə aktı daxil olub. Bu, 2011-ci illə müqayisədə 64 faiz çoxdur. Təqdim olunmuş bələdiyyə aktlarına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilib. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilib və onların qanuna uyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib. Bələdiyyələr tərəfindən bu təkliflər qəbul olunub, 5 aktla bağlı məhkəmələrdə iddia qaldırılıb, onlardan 4-ü təmin edilib".
Həyata keçirilən tədbirlər nəticəsində il ərzində 8970,47 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub".
İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
İl ərzində həyata keçirilən maarifçilik tədbirlərinə 6000-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunub ki, bu da ötən illə müqayisədə 16,8 % çoxdur. Həmçinin, bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB