""Kölgə kabineti" müxalifətin kadr potensialının kasadlığını nümayiş etdirir. Digər tərəfdən də onların başlarında 3-5 adam qalıb ki, onları da öz yanlarında saxlamaq üçün "kölgə kabineti" ideyasını ortaya atıblar. Bununla da bu adamları özlərinə daha sıx bağlamağa çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Müxalifətin "kölgə kabineti"nin lazımsız bir addım olduğunu deyən Q.Hüseynli qeyd edib ki, əgər müxalifətin siyahısında nazir vəzifəsinə orta səviyyədən də aşağı bir adam göstərilirsə, bu, müxalifətin kadr ehtiyatının necə kasad olduğunu göstərir: "Kölgə kabineti"nin siyahısının mətbutata sızdırılması iki məqsəd daşıyır. Birincisi, bununla mərkəzdən qaçmaq meyllərinin qarşısını almaq istəyirlər. Digər tərəfdən, "müxalifət hakimiyyətə hazırdır" deməklə özlərini xarici dairələrin gözündə isbatlamaq istəyirlər. Əslində bu siyahının açıqlanması müxalifətin əleyhinə işləyəcək".
Politoloq Q.Hüseynli Əkrəm Əylislini müdafiə edənlərin də mövqeyinə münasibət bildirərək qeyd edib ki, onu müdafiə edən adamları özləri ya ictimai fikirin mərkəzinə gətirmək istəyirlər, ya da kin-kidurət bunlarda o dərəcədədir ki, millətə, dövlətə olan münasibətləri də tamamilə müxalifətçilik çərçivəsindən kənara çıxıb: "Əgər bir adam Azərbaycan xalqını təhqir edirsə, millətimizin ayrı-ayrı nümayəndələrini aşağılayırsa, eyni zamanda ermənilərin daha "mədəni", daha "sivilizasiyalı" olduğunu sübut etməyə çalışırsa belə bir adamı necə müdafiə etmək olar!?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB