Ermənilərin ictimaiyyətə açıqlanan və mühüm bir dövlət sənəti kimi təqdim olunan proqramla tanış oldum. Orada qeyd olunurdu ki, Dağlıq Qarabağda 350 mindən az əhalinin yaşaması o deməkdir ki, Ermənistan hər zaman Azərbaycan tərəfindən təzyiqə məruz qalacaqdır. Bu basqı mahiyyət etibarı ilə Qarabağda məskunlaşmanın qarşısını alacaq. Orada əhalinin artımına mane olacaq. Bununla da Azərbaycan müharibəni başqa bir fazaya keçirməklə onu qalibiyyətə aparacaq. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistanın Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan bütün bunları nəzərə alaraq hər fürsətdə Dağlıq Qarabağdakı demokrafik balansı öz xeyirlərinə dəyişməyə çalışır: "Azərbaycanla Ermənistan arasındakı müharibə yalnız səngərlərdə getmir. Eyni zamanda bu əhalinin sayı, onların stabil olaraq orda yaşaması, gələcək həyatlarını ora aid etmələri ilə bağlıdır. Bu gün Qarabağdakı erməni gəncliyi sabahlarını orda görmürlərsə, heç şübhəsiz ki, bu onlar üçün dövlətin zorakı aparatını əldə saxlayan dairələrə bir siqnaldır. Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirməklə hansısa bir formada itkinin əvəzini ödəməyə çalışır. Belə olan halda Suriyadakı basqılardan, əhalinin yaşadığı təhlükələrdən hifz eləmək üçün Dağlıq Qarabağa xüsusi stimullaşdırıcı proqramla gətirirlər. Ancaq fərqli relyef və yaşam şərtləri altında bu ermənilər orda yaşamayacaqlar. Bu kimi vasitələrlə Dağlıq Qarabağda daimi xalq yetişdirmək qeyri realdır. Ona görə də bu prosesi daimi məskunlaşdırma adlandırmaq olmaz. Bunu yerləşdirilən ermənilər də yaxşı anlayırlar. Ümumiyyətlə, Azərbaycan ərazilərinə daimi yaşamaq üçün gələcək ermənilərin olması cəfəngiyyatdır. Hesab edirəm ki, bu məsələyə Azərbaycan soyuqqanlı davranmalıdır. Doğrudur, Azərbaycan bu köçürmə siyasətinə beynəlxalq dairələrin etiraz etməsini tələb edir. Amma parelel şəkildə ermənilərə çağırış edir ki, bu vasitə ilə Dağlıq Qarabağdakı vəziyyəti Azərbaycanın ziyanına dəıyişmək mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB