"Dövlət qurumları bu istiqamətdə işlər aparmalıdırlar"

"Dövlət qurumları bu istiqamətdə işlər aparmalıdırlar"

Millət vəkili Sabir Rüstəmxanlı Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının çıxışına münasibət bildirib. Dövlət başçısının müşavirədə qaldırdığı məsələlərin vacibliyindən danışan S.Rüstəmxanlı SİA-ya açıqlamasında deyib ki, dövlət məmurları çalışmalıdırlar ki, məhz ölkə prezidenti deyən formada hərəkət etsinlər. Çünki regionlarımızda məmur özbaşınalığından cana gələn insanlar var və bu da ciddi həyəcan siqanalıdır.

Millət vəkili onu da qeyd edib ki, ilk növbədə ciddi islahatlar aparılmaldır, dövlət qurumları bu istiqamətdə işlər aparmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə