"Düşünürəm ki, bu cənab prezident İlham Əliyev tərəfindən məmurların ünvanlarına söylənilən sonuncu xəbərdarlıq idi". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığı ilə bağlı sərt bəyanatına münasibət bildirərkən söyləyib.
Sədr müavinin sözlərinə görə, bu günə qədər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən insanlar, vətəndaşlara münasibətdə dövlət başçısının da dediyi kimi, onlara yuxarıdan-aşağı baxanlar bu xəbərdarlıqdan nəticə çıxaracaqlar: "Bütövlükdə bu çıxışı proqram xarakterli bir çıxış kimi də dəyərləndirmək olar. Bununla belə cənab prezident yolların infrastrukturu, Korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan problemlərə də özünün şəxsi mövqeyini açıq-aşkar ortalığa qoydu. Sevindirici haldır ki, Korrupsiyaya qarşı mübarizə aparılmasına baxmayaraq, cənab prezident mübarizənin bugünki səviyyəsindən hələ də narazıdır. Şübhəsiz ki, bu, Azərbaycan hakimiyyətinin öz işinə də tənqidi yanaşmasından xəbər verir".
E.Mirzəbəyli hesab edir ki, bu insanlar ya öz vəzifə səlahiyyətlərini doğru-dürüst yerinə yetirməli, ya da geri çəkilərək, öz yerlərini daha layiqli insanlara həvalə etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB