“Nə qədər ki, Dağlıq Qarabağ məsələsi həll olunmayıb…"

Mübariz Əhmədoğlu: "Türkiyə heç vaxt Ermənistanla sərhədləri açmayacaq"
“Nə qədər ki, Dağlıq Qarabağ məsələsi həll olunmayıb…"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) növbəti "Qarabağ saat"ı mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əsasən Ermənistanda keçiriləcək prezident seçkiləri müzakirə olunub. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistandakı seçkilərin özü belə qeyri-ciddi prosesdir.

Qeyd olunub ki, bu gün bu seçkilərdə baş verənlərdə Qərb bilavasitə özü məsuliyyət daşıyır: "Rusiya dövlətinin burada başlıca məqsədi isə əhatəsində olan ölkələri SSRİ bayrağı altında yenidən cəmləşdirməkdir".

Politoloq Ermənistan-Türkiyə münasibətlərinə də toxunub: "Nə qədər ki, DQ məsələsi həll olunmayıb, Türkiyə heç vaxt Ermənistanla sərhədləri açmayacaq. Əgər açsa, bu, böyük fəlakətə səbəb ola bilər. Ermənilər hər zaman çalışırlar ki, öz zəifliklərini büruzə verməsinlər".

M.Əhmədoğlu deyib ki, Ermənistanda prezidentliyə namizəd Raffi Ovansiyanın Dağlıq Qarabağa gedərək oradakı hərbiçilərlə bir sıra görüşlər keçirməsindən heç Ermənistan prezidenti Serj Sarkisyanın xəbəri belə olmayıb: "R.Ovanisyanın DQ-a getməsinə bilavasitə Ermənistanın müdafiə naziri Seyran Ohanyan razılıq verib ki, get orada özünün nəyə qadir olduğunu göstər".

Politoloq həmçinin diqqətə çatdırıb ki, bu gün kommunikasiya uğrunda ciddi rəqabət mühiti mövcuddur: "Ən böyük rəqabət isə İranın Azərbaycana qarşı apardığı siyasətdir. Azərbaycanın kosmik peykə sahib olması, onun rəqabət imkanlarını hədsiz dərəcədə artırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə