Asəf Hacıyev: “Böyük vəzifə, daha böyük məsuliyyət tələb edir” MÜNASİBƏT

Asəf Hacıyev: “Böyük vəzifə, daha böyük məsuliyyət tələb edir” MÜNASİBƏT

Ümumiyyətlə məmur özbaşınalığı millət üçün çox təhlükəli tendensiyadır. SİA-nın xəbərinə görə, bunu millət vəkili Asəf Hacıyev Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığına qarşı söylədiyi sərt bəyanata münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev vaxtında və düzgün şəkildə bu məsələyə öz reaksiyasını bildirib: "Dövlət başçısı birmənalı şəkildə qeyd edib ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Hesab edirəm ki, hər hansı bir məmur özündə böyük məsuliyyət daşımalıdır ki, ölkə rəhbərliyi tərəfindən ona hansı səlahiyyətlər verilib. Məhz buna görə də nə məmurlar, nə onların yaxınları, uşaqları, dostları belə şeylərə yol verməməlidirlər. Bir sözlə daha böyük vəzifə, daha böyük məsuliyyət tələb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə