Rasim Musabəyov: "ABŞ-ın fəallığını artıracağı inandırıcı deyil"
"Yeni dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvonun dəyişməsinin zəruriliyi haqda verdiyi bəyanata baxmayaraq, yeni dönəmdə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallığını artıracağı inandırıcı deyil". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına millət vəkili Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, bu fəallıq ilk növbədə, Ermənistanı ağıla gətirməkdən keçir. Onun sözlərinə görə, belə fəallığı isə həmsədr dövlətlərdən heç biri etmək istəmir.
"Həmsədrlər ümidlərini buna bağlayıblar ki, Azərbaycanın səbri tükənib ermənilərin istəyinə razılıq versin və bunun nəticəsində də münaqişə həll olunsun. Amma bu baş verməyəcək. Kimlərsə bunu düşünürlərsə, yanılırlar. Azərbaycan atdığı addımlarla öz prinsipial mövqeyini nümayiş etdirir", - deyə millət vəkili fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB